İrandan gələn Azərbaycan vətəndaşı narkotiklə tutulub.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Abuzər Həsənovun idarə etdiyi DAF XF-95 markalı yük avtomobilinə baxış 48,67 qram marixuana aşkar edilib. O, Biləsuvar Gömrük İdarəsinin Qoşa Təpə gömrük postunda saxlanılıb.
Faktla bağlı təhqiqat aparılır.
Axar.az