XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 09:39

Daxili İşlər Nazirliyi Bakıda 6 nəfərin güllələnməsi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 6 nəfərin güllələnməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, dekabrın 21-də saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranının qarşısında Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq, onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirdikdən sonra hadisə yerini tərk ediblər.

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ rayon Polis İdarəsi tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.