XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 18:16

Rusiyalı diplomat Bakıda qəzaya düşdü, xəsarət alanlar var

Rusiyanın Azərbaycandakı səfirinin köməkçisi Bakıda yol qəzası törədib.

Məlumata əsasən, Nəsimi rayonunda H.Ələsgərov küçəsində Rusiya Federasiyası vətəndaşı, Rusiya səfirinin köməkçisi Viktor İqoreviç Zemin idarə etdiyi “Volkswagen Jetta” markalı avtomobillə qəzaya düşüb. Səfir köməkçisinin idarə etdiyi maşınla Bakı sakini Samir Nəzərovun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki maşın zədələnib. Sürücülər yüngül bədən xəsarətləri alıb. Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırma aparılır. (report.az)