XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 18:38

​Baş Prokurorluq İcra başçısının nümayəndəsi haqda cinayət işi açdı – Rəsmi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hərəkətləri haqda daxil olan şikayət əsasında araşdırma aparıb.

Strateq.az Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə həmin kənd sakininin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında aparılan araşdırmalar zamanı icra nümayəndəsi Alim Lumanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kənd ərazisində məskunlaşmış məcburi köçkünlər üçün dövlət vəsaiti hesabına fərdi ev tikilməsi üçün kənd sakinindən 4 min manat məbləğində pulu rüşvət kimi tələb etməsində şübhələr üzə çıxıb: “Bunun üçün onun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.  

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir”.