XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 04:33

Niderlandda meyvə şirəsi qablarından bir tondan çox kokain çıxdı

Niderland polisi ölkənin cənubundakı anbarların birində axtarış zamanı ümumi dəyəri 30 mln dollardan çox olan böyük həcmdə  kokain aşkarlayıb.  APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları Raamsdonksveer şəhərinin mərkəzində yerləşən anbarda reyd keçiriblər.  

Məlumata görə, narkotik vasitələr “Ananas şirəsi” qablarından tapılıb. Polisin məlumatına görə, ümumilikdə 1,1 ton kokain aşkarlanıb. 

Narkotik vasitələrin  daşınmasında şübhəli bilinən 4 şəxs saxlanılıb. Saxlanılan şəxslərin 22-28 yaşları var.