XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

14 Sentyabr 2017 - 11:32

Bakıda iranlı tələbə intihar edib –Təfərrüat

Bakıda tələbə intihar edib.

Hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ev 108, mənzil 15 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Nəzəri Əmir Cəlil oğlu sərxoş vəziyyətdə özünü binanın 4-cü mərtəbəsindən atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Məlumata görə, Nəzəri Əmir Azərbaycan Tibb Universitetinin tələbəsidir. O, intihar etməzdən əvvəl sevdiyi qızla dalaşıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

APA