XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 06:35

Daha bir qadın intiharı – Faciə

Balakən rayonunda 54 yaşlı qadın intihar edib. 

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dekabrın 22-də saat 15.00 radələrində rayonun Poçtbinə kəndində kənd sakini Yasti Əli qızı Saxrayevanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidən asılı vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Araşdırma zamanı onun intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, Yasti Sarxayeva son zamanlar böyrək xəstəliyindən əziyyət çəkib. 
 
Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.