XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2017 - 17:33

Polşada maraqlı hadisə –35 yaşlı kişi yük qatarını qaçırıb

Polşanın Legionovo şəhərində polis yük qatarını qaçıran şəxsi saxlayıb.

Trend-in məlumatına görə, səhər saatlarında 35 yaşlı şəxs yük qatarının maşinist kabinəsinə daxil olaraq maşinistə hədə-qorxu gəlib və yola düşməyi tapşırıb.

Qısa müddətdən sonra polis həmin şəxsi saxlayıb.

Polis hadisə zamanı qatarda maşinistdən başqa heç kimin olmadığını və onun xəsarət almadığnı bildirib.