Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Nissan Tide” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralılardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.