XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2017 - 13:30

Telman İsmayılova 5 maddə ilə cinayət işi açılıb –Müflisləşən milyonçu axtarışa veriləcək

Azərbaycanlı biznesmen Telman İsmayılova qarşı yaxın zamanlarda axtarış elan oluna bilər.

Bu barədə “Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.

Agentliyin mənbəsi İsmayılova qarşı 5 maddə ilə cinayət işi açılıb. Bu maddələr sırasına cinayətkar dəstə təşkil etmək, adam öldürmə, qanunsuz silah saxlama, qanunsuz bank fəaliyyəti, yanğın törətmək aid olunub. İsmayılova qarşı başladılan cinayət işində onun ailəsi ümumilikdə 5-dən çox şəxsin ölümündə şübhəli bilinir. İsmayılovlar həmçinin 2005-ci ildə Lianozovski bazarının yandırılmasında da ittiham olunurlar.

Maraqlı məqam odur ki, Rusiya polisi bu cinayətlərdə təkcə Telman İsmayılovu yox, onun övladlarını da günahkar bilib.

Qeyd edək ki, Telman İsmayılov bir müddət öncə bankrot elan edilib. Onun qardaşı Rafiq İsmayılov nəzarət altına alınıb. Digər qardaşı Rusiya Daxili İşlər Nazirliyinin yüksəkvəzifəli əməkdaşı olan Vaqif isə axtarışa verilib. Bu həftə onun Rusiyadakı bütün əmlakında axtarı aparılıb/Axar.az.