XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 09:36

Bakıda kütləvi dava –6 nəfər  əlbəyaxa oldu, 2 nəfər bıçaqlandı

Bakının Qaradağ rayonunda kütləvi dava olub.

 İnsident Müşfiqabad qəsəbəsində qeydə alınıb.  Məlumata görə, qəsəbə sakinləri olan 2 nəfər gənc arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sonradan mübahisəyə tərəflərin tanışları da qoşulub. Nəticədə 6 nəfər əlbəyaxa dava edib. Dava zamanı tərəflərdən biri 25 yaşlı Emil Əhmədova və onun tanışı 25 yaşlı Rəvan Həsənova bıçaq xəsarəti yetirib. Hər iki yaralı xəstəxanaya çatdırılıb, vəziyyətləri ağır olaraq qalır.

 Hadisənin təfərrüatlarını Qaradağ polisi araşdırır. Kütləvi dava ilə əlaqədar saxlanılanlar var. (APA)