XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 12:00

Tələbə universitet ərazisindən kənarda bıçaqlanıb –Onu bu ali məktəbin sabiq məzunu vurub YENİLƏNİB

Azərbaycanda tələbə universitetin həyətində bıçaqlanıb.

Strateq.az report-a istinadən xəbər verir ki, hadisə Lənkəran Dövlət Universitetinin (LDU) həyətində baş verib.

Belə ki, universitetin 3-cü kurs tələbəsi Zəka Həmidov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yaralı çoxlu qan itirib və vəziyyəti ağırdır.

****

Strateq.az LDU-da bıçaqlanma ilə bağlı hadisənin bəzi detallarını dəqiqləşdirə bilib.

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, bu ali məktəbin kompüter mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi  Zəka Həmidov LDU-nu əvvəlki illərdə bitirmiş keçmiş  məzunu, Astara rayon sakini Elçin Baxşıyev tərəfindən   bıçaqlanıb. Hadisə universitetin ərazisindən kənarda baş verib. Hadisənin baş verməsinin dəqiq təfərrüatları bilinməsə də, ilkin məlumata görə, iki gənc  arasında mübahisə şəxsi münasibətlər zəmində baş verib.

 Hazırda yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.