Dekabrın 23-nə keçən gecə Bakı şəhər Sabunçu rayonunda yerləşən 1 saylı İstintaq Təcridxanasında özünü asaraq intihar edən Manaf Paşayevə dünən məhkəmədə hökm oxunmalı imiş.
Dünən səhər saatlarında təcridxana əməkdaşları 1958-ci il təvəllüdlü Paşayev Manaf Məmməd oğlunu məhkəməyə gətirmək üçün onun kamerasına gediblər və məhbusun özünü asaraq intihar etdiyini görüblər.
Qeyd edək ki, Manaf Paşayev bir neçə gün əvvəl intihar edən keçmiş MTN zabiti İlqar Əliyevin kamera yoldaşı olub.