XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2015 - 13:02

Bakı sakini özünü bank qarşısında yandırmaq istədi – Daha bir kredit qalmaqalı

Bakı şəhər sakini Elvin Mehdiyev özünü yandırmaq istəyib.

Bu barədə virtualaz.org saytına Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Elvin Mehdiyev özünü “Nikoil” bankının Puşkin küçəsi, 30 ünvanında yerləşən ofisinin qarşısında yandırmağa cəhd edib. O, üstünə benzin tökərək özünə od vurmaq istəsə də, yaxınlıqdakı insanlar buna imkan verməyib.

Bəzi məlumatlara görə, E.Mirzəyevin xeyli borcu olub və pulları qaytara bilmədiyi üçün bu üsula əl atıb.

Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, iş üzrə materiallar ərazi üzrə Səbail RPİ-yə verilib.