XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 23:53

Şəkidə 33 yaşlı qadın intihar edib –Prokurorluq araşdırma başlatdı

Şəkidə 33 yaşlı qadın intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Baş Göynük kənd sakini, 1984-cü il təvəllüdlü Aynurə Dursunəli qızı Abdürəhmanovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. 33 yaşlı Aynurə Abdurəhmanovanın hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.