XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2017 - 11:18

Kanalda qadın cəsədi tapılıb- Yevlaxda

Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.
 
Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.