Biləsuvarda baş verən ağır yol qəzası nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Strateq.az bildirir ki, hadisə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşınının toqquşub. Nəticədə “Mersedes”in sürücüsü, Gərmətük qəsəbə sakinləri Qasımov Samir Əzizulla oğlu, sərnişinlər Nağıyev Çingiz Xudaverdi oğlu və Kosalar kəndindən olan kişi və həyat yoldaşı vəfat edib.
Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb, lakin idarəetməni itirərək yol kənarında duran “KamAZ” markalı yük maşınına çırpılıb.
Hadisə yerinə Biləsuvar və Salyan rayonlarının təcili tibbi yardım stansiyasının əməkdaşları çağırılıb.