Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 19-da saat 11 radələrində Nərimanov rayonu H.Əliyev prospektində Bakı şəhər sakini Elnur Məmmədov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən paytaxt sakini Pakizə Balayevanı vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.