XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2017 - 20:51

Daşkəsəndə bir ilin gəliniintihar edib

Daşkəsən rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yolqular kəndində qeydə alınıb.

Belə ki, bir il əvvəl Yuxarı Daşkəsən qəsəbəsindən Yolqular kəndinə gəlin köçmüş, təxminən, 20-25 yaş arasında olan qadın yaşadığı evdə özünü asaraq öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.