XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2017 - 10:34

Salyanda yol qəzasında ölənlərinsayı 5-ə çatıb

Salyanda 4 qadının ölümü ilə nəticələnən qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, sentyabr 19-da yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölmüş, 3 nəfər xəsarət almışdı.
 
Xəsarət alanlardan “VAZ 2106” markalı avtomobilin sərnişini, Saatlı rayon sakini, 27 yaşlı Hüseynov Babək Xanəhməd oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb.