XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2017 - 10:26

56 yaşlı qadın özünü asdı- Biləsuvarda

Biləsuvar rayonunda qadın özünü öldürüb.

Trend-in məlumatına görə, hadisə rayonun Ç.İldırım küçəsində baş verib.

Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Əzizova Səfurə Əhmədxan qızı özünü yaşadığı evin həyətindəki çardaqdan iplə asaraq öldürüb. Ailə üzvləri hadisədən gec xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.