XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

27 Sentyabr 2017 - 18:14

Tovuzda yol qəzası:biri polis olmaqla iki nəfər xəsarət alıb

Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində rayon sakini Azər Dostiyev və 1990-cı il təvəllüdlü Əli Tağıyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

A.Dostiyevin rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.