XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2017 - 20:30

Kim Çen Inın qardaşını öldürməkdə ittiham olunan qadınların məhkəməsi başlanıb –Malayziyada

Malayziyada Şimali Koreyanın lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində şübhəli bilinən qadınların məhkəmə prosesi başlayıb. Qadınlar günahkar olmadıqlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, Vyetnamdan olan Doan Txi Xyunq və İndoneziya vətəndaşı Siti Ayşa oktyabrın 2-də Kuala Lumpurun yaxınlığında yerləşən məhkəmə qarşısında cavab verməli olublar. Həmin qadınlar cari ilin fevralında Kuala Lumpurun beynəlxalq aeroportunda Kim Çen Namın üzünə çox təhlükəli maddə çəkilmiş dəsmalı sıxmaqla qətlə yetirilməsində təqsirli bilinirlər. “Tərcüməçi vasitəsilə onlara qarşı irəli sürülən ittihamların mahiyyətini anlayırlarmı” sualına qadınlardan biri başını mənfi mənada yelləyərək cavab verib.

Vəkillər isə bəyan ediblər ki, ittihamın mətnində bu qadınlara göstəriş verməkdə təqsirli bilinən və Şimalı Koreyadan olan dörd kişinin adları qeyd edilməyib. Hüquqşünaslar ittiham mətninin tam aydın olmadığını bildirərək onu qəbul etməyəcəklərini deyiblər.

Haqqında söhbət gedən həmin şəxslər, o cümlədən Şimali Koreyanın Malayziyadakı səfirliyinin əməkdaşı isə artıq Kuala Lumpuru tərk ediblər. Məlumatlara görə, hadisə baş verən zaman həmin qadınlar televiziya verilişi üçün çəkilişdə iştirak etdiklərini düşünüblər. Məhkəmə bu qadınları təqsirli bildiyi təqdirdə onları ölüm cəzası gözləyir.