XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 17:02

Vidadi Zeynalovun vəsatəti təmin olunmayıb, “Azərpoçt”un sabiq direktoru isə şikayət verməyib –Məhkəmə prosesi

Bu gün Bakı Apellyasiya Məhkəməsində əvvəlki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə "Azərpoçt"un sabiq direktoru Q.Bəybalayevin apellyasiya şikayəti vermədiyi məlum olub. O, məhkəməyə ərizə göndərərk iclasın onsuz davam etdirilməsnin istəyib.

Daha sonra V.Zeynalovun vəkili Ceyhun Yusifov və digərləri vəsatətlə çıxış ediblər. Onlar məhkəmənin qismən istintaq yolu ilə keçirilməsini istəyiblər.

Məhkəmə müşavirəyə yollanıb.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib.