XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 13:00

Dələduzluqda təqsirləndirilən MTN-nin sabiq polkovnikinin məhkəməsi –Keçmiş hərbi komissar da ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Almaz Abbasova bildirib ki, təqsirləndirilən Anar İsmayılova 8 min manat məbləğində pul verib, ancaq pulu qaytarmayıb.

Digər şahid Bəxtiyar Sayilov deyib ki, 1997-2002-ci illərdə Laçın rayon hərbi komissarı olub və Vüqar Güləliyevi işi ilə bağlı tanıyır: "Zərərçəkmiş Ələkbəri mən Vüqarla tanış etmişdim və eşitdiyimə görə, Vüqar ondan 30 min manat alıb. Ancaq bu pulu hansı məqsədlə aldığını bilmirəm".

Şahid Vüqar Hidayətoğlu isə təqsirləndirilən Anar İsmayılovun qohumunu polis vəzifəsinə işə düzəltmək adı ilə ondan pul aldığını deyib.

Şahid Hicran Ağayeva deyib ki, zərərçəkmiş Səriyyə Tahirovanın qohumudur, S. Tahirova onların evində Ceyhun İbayevə hissə-hissə 147 min manat pul verib: "Onlar bu pulu qardaşım Rafiqi həbsdən azad etdirmək üçün almışdılar. Amma heç bir iş düzəlmədi. Hər dəfə yalandan deyirdilər ki, Xalqlar Dostluğunda parkda gözlə, ora gətirəcəyik. Biz saatlarla gözləmişik, amma gətirməyiblər".

İttihama görə, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.

İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb. 

V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.

APA