XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 16:20

Parkda 5 küçə iti 7 yaşlı qıza hücum edib –Bakıda daha bir şok hadisə

Xətai rayonunda Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib.

Strateq.az qafqazinfo-ya istinadən xəbər verir ki, iki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış.

Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı olan azyaşlı xəstəxanaya aparılıb.

4 saylı uşaq poliklinikasından bildiriblər ki, uşağın vəziyyəti normaldır, sadəcə çox qorxduğu üçün şok vəziyyətindədir.

S.Mirzəyevaya tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli poliklinikaya göndərilib.

İt dişləyən M.Safiyeva 63 saylı orta məktəbin şagirdidir.