XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2017 - 09:56

Qazaxıstandan gələn avtobus qatarla toqquşdu –Dəhşətli qəzada 19 nəfər həlak oldu

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

 APA-nın “RBC.ru”-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Ölənlər arasında uşaqların da olduğu deyilir. Qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.

 Qazaxıstandan gələn avtobusda 56 nəfərin olduğu bildirilir. Qəza yerli vaxtla saat 03.30-da (Bakı vaxtı ilə 04.30-da) baş verib.