Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nizami rayonu ərazisində yerləşən bazarda 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Vahid Əliyevin içərisində 86 manat və bankomat kartı olan pulqabısını soyğunçuluq yolu ilə alıb.
Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, milliyyətcə gürcü Nika Kaxaberidze və Gürcüstan vətəndaşı Levan Siloqava tutulublar.