XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 16:50

Latviyada ralli zamanı vertolyot qəzaya uğradı –1 nəfər öldü, dörd nəfər yaralandı

Latviyada keçirilən "Liepaya" avtomobil yarışı zamanı vertolyot qəzaya uğrayıb.

Bu barədə "RA Events" nümayəndəsi Yanis Unbedaxtsa istinadən BNS nəşri məlumat yayıb.

Bildirilir ki, qəza 11-ci sürət məntəqəsinin finiş xətti yaxınlığında baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, dörd nəfər yaralanıb.

Hadisə yerinə həkim və xilasedicilər cəlb olunub/Report.