XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 10:05

Sabirabadda “Kamaz” “Mersedes”lə  toqquşdu –4 nəfər öldü, 2 nəfər yaralı var - FOTOLAR

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

 APA-nın Mil-Muğan bürosunun məlumatına  görə, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.

 İlkin məlumata görə, “Mercedes” markalı “50 DF 624” dövlət nömrə nişanlı minik avtomobili ilə “KamAZ” markalı “30 BF 414” dövlət nömrə nişanlı yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Qəzada xəsarət alan 21 yaşlı Eyvazlı Etibar Məzahir oğlu xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alan şəxs 22 yaşlı Xənimli Araz Mehdi oğluna həkimlər tibbi yardım göstərirlər. Yaralılar Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, qəza dumanlı hava səbəbindən baş verib. Avtomobillərin toqquşması nəticəsində hadisə yerində ölən üç nəfərin meyiti FHN-nin xilasediciləri tərəfindən çıxarılıb.