Saatlı rayonunda qadın ehtiyatsızlıqdan güllə yarası alıb.
Strateq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə dekabrın 29-da Saatlı rayonunun Azadkənd kəndində baş verib. Kənd sakini Könül Rəhmanova evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.