XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 18:33

Rusiyada yenə bomba həyəcanı –3 böyük vağzal bağlandı, əhali təxliyə edildi

Sankt-Peterburqda anonim zənglərdən sonra bir neçə dəmir yolu vağzalı təxliyə edilib.

Trend-in məlumatına görə, bomba qoyulması barədə zəngdən sonra şəhərin Baltik, Fin və Vitebsk vağzalları bağlanıb.

Təxliyədən sonra vağzallarda axtarışlar aparılıb, lakin hər hansı bir şübhəli maddə aşkar edilməyib. Bundan başqa şəhər administrasiyasnın bir sıra komitə binalarında təxliyələr həyata keçirilib. Qeyd edək ki, Rusiyada anonim zənglər “dalğası” sentyabrın 11-dən başlayıb. Bugünədək 2 mindən çox obyektdən 960 mindən çox adam təxliyə olunub. Bu zənglərdən heç biri öz təsdiqini tapmayıb.