XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2017 - 09:32

DSK sədrinin oğlu yanaraq ölüb –Ukraynada

Ukraynada yanğın zamanı ölən İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur.

Strateq.az "Report"a istinadən xəbər verir ki, 39 yaşlı İ.Abışov Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı dünyasını dəyişib.

O, Sabirabad rayonunda dəfn edilib.

Qeyd edək ki, hadisə zamanı ümumilikdə 4 azərbaycanlı faciəli şəkil ölüb.

Allah rəhmət eləsin!