XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2017 - 17:36

Polis prokuroru iş otağında güllələdi –Türkiyədə ilginc olay

Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunun prokuroru Kadir Küçükönər silahlı hücuma məruz qalıb.

Strateq.az

Türkiyə mediasına istinadən xəbər verir ki, prokuroru iş otağında güllələyən şəxs polis əməkdaşıdır.

Məlumata görə, polislə prokuror mübahisə ediblər. Sonda isə polis xidməti tapançasından atəş açaraq, prokuroru ağır yaralayıb. Ağır yaralanan prokuror helikopterlə xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu açıqlanıb.

İnsidentlə bağlı araşdırma başlayıb.