XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2015 - 10:52

Ağdaşda qanlı hadisə: Qonşu qonşusunun qulağını kəsdi

Bu gün səhər saatlarında Ağdaş rayonunda qanlı hadisə baş verib.

Hadisə şahidləri “Qafqazinfo”ya bildirib ki, rayonun Vaqif küçəsində yaşayan qonşular arasında dava düşüb. Nəticədə dava tərəflərdən birində iştirak edən İlham Rzayevin qulağı kəsilib. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin onun kəsilmiş qulağının tapılmadığı bildirilir.

Hadisəni törədən və davada iştirak edən bir neçə şəxs isə rayon polis şöbəsinə aparılıb.

Qeyd edək ki, hadisəni törədənlərin içkili vəziyyətdə olduğu bildirilir.