XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 13:14

ABŞ səfirliyinə məxsus avtomobil qəza törədib- Bakıda

ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Azadlıq prospekti 60 ünvanında qeydə alınıb. ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Honda” markalı, 006 D 047 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında duran “Toyota Prado” markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə yüngül ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.