XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2016 - 19:31

Bara silahlı hücum oldu: 2 ölü, xeyli yaralanan var (VİDEOLAR)

İsrailin paytaxtı Təl-Əvivin mərkəzində yerləşən bara silahlı hücüm olub. 

Məlumata görə, atışmada 2 nəfər öldürülüb, 8 nəfər isə ağır yaralanıb.

İsrail polisi bütün gücünü səfərbər edərək hadisəni törətmiş şəxsin axtarışlarına başlayıb.

İsrail polisinin nümayəndəsi Micky Rosenfeld Dizengof küçəsində yerləşən bara bir nəfər silahlı şəxsin hücüm edərək insanlara atəş açdığını qeyd edib.

Onun sözlərinə görə, cinayətkər kiçik ölçülü avtomatla atəş açıb. Hadisə anı müşahidə kamerasına düşüb. Hadisə şahidləri silahlı şəxsin gənc olduğunu bildirib.

Məlumata görə, yaralılardan birinin vəziyyəti daha ağırdır. Hadisənin başvermə səbəbi hələ ki, naməlum olaraq qalır. Cinayətkar hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin terror aktı olub-olmamasını araşdırır.

ANS