XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 16:27

Gürcüstana məxsus minik avtomobili daşıyan qoşqulu yük avtomobili aşıb- 7 avtomobil əzilib

Salyanda minik avtomobilləri daşıyan qoşqulu yük avtomobili aşıb, 7 ədəd yeni BMW markalı minik avtomobili əzilib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ələt-Astara magistralının Salyan rayonu Kürsəngi kəndi ərazisində Gürcüstanın özəl şirkətlərindən birinə məxsus NK-275-NK dövlət nömrə nişanlı, “Mercedes” markalı TIR tipli qoşqulu yük avtomobili aşıb. Nəticədə satış üçün nəzərdə tutulan 7 ədəd BMW markalı minik avtomobilləri əzilib.
 
Avtomobillər Gürcüstanın Batumi şəhərində yerləşən özəl şirkətlərdən birinə məxsus olub və İran İslam respublikasına aparılması nəzərdə tutulub.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.