XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 16:45

Yevlaxda mikroavtobusla minik avtomobili toqquşub- Xəsarət alanlar var

Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili qarşı tərəfdən gələn sərnişin daşıyan "Ford" markalı mikroavtobusla toqquşub. Nəticədə sürücülər və sərnişinlərdən ikisi xəsarət alıb. Sürücülərin vəziyyəti normal olduğundan onlara ambulator yardım göstərilib. 

"VAZ-2107"nin sərnişini, Yevlax rayon sakini, 1983-cü il təvəllüdlü Elşad Əliyev huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Mikroavtobusun xəsarət alan sərnişini isə yaxınları tərəfindən özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.