XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 10:05

Binəqədidə 75 yaşlı kişi özünü 7-ci mərtəbədən atdı –İntihar

Bakıda intihar olub.

Binəqədi rayonu, 8-ci mikrorayon, Axundov küçəsi ev 3A ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yaşayan 1942-ci il təvəllüdlü Vahid Feyzulla oğlu Rüstəmov yaşadığı evin eyvanından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb. V. Rüstəmovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. (APA)