London metrosunda naməlum şəxs bıçaqla insanlara hücum edib.
Bu barədə “The Independent” qəzeti xəbər verib.
“Parsons Green” stansiyasında baş verən insident nəticəsində 3 nəfər xəsarət alıb. Skotland- Yard hücumu terrorla əlaqələndirmir. Xatırladaq ki, sentyabrın 15-də “Parsons Green” metro stansiyasında törədilən partlayış nəticəsində 22 nəfər yaralanmışdı. (APA)