XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 16:00

Fövqəladə Hallar Nazirliyinin əsgəri 4 bıçaq xəsarəti alıb –İntihar, yoxsa...

 Fövqəladə Hallar Nazirliyinin (FHN) əsgəri hərbi xidmət vaxtı naməlum şəkildə yaralanıb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, FHN-in N saylı hərbi hissəsində xidmət edən Xaçmaz rayonunun Ağyazı kəndində anadan olmuş 1997-ci il təvəllüdlü Əliyev Elşad Mərdan oğlu qarın nahiyəsindən 4 bıçaq xəsarəti alıb.

Yaralı əsgər xəstəxanaya yerləşdirilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində əsəbi olduğunu, bu səbəbdən özünü bıçaqlayaraq intihara cəhd etdiyini deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, E.Əliyev 4 aydır ki, N saylı hərbi hissədə qulluq edir.