XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 13:06

Qarabağlı məşhur erməni milyonçu həbsdə öldü –  “Çirkli pullar”ın leqallaşdırılmasında ittiham olunurdu

Məşhur erməni milyarder Levon Ayrapetyan ölüb.

68 yaşlı Ayrapetyanın ölümünü onun yaxınları təsdiqləyib. Onun Moskvada basdırılacağı bildirilib. Qeyd edək ki, Ayrapetyan bir müddət öncə həbs edilib. Rusiya məhkəməsi onu dörd il azadlıqdan məhrum edib.

Qeyd edək ki, Ayrapetyanın həbsi Qarabağ separatçılarını narahat edirdi. Milyarderin həbsdə olması erməniləri yararlandıqları beynəlxalq əlaqələrdən məhrum edirdi. Ayrapetyan Ermənistan və Dağlıq Qarabağa xarici investisiyaları gətirən əsas şəxs hesab edilirdi.

İyul ayının 15-də Moskvanın "Domodedovo" aeroportunda Monakodan gələn təyyarənin trapı qarşısında Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən erməni milyarder Levon Ayrapetyan həbs edilib. O, "Başneft" şirkətinin səhmlərinin "Sistema" maliyyə korporasiyasına satılmasına dair cinayətkar sövdələşməyə girməkdə, cinayətkar yollarla qazanılmış vəsaitlərin leqallaşdırılmasında ittiham olunub. Belə ki, Başqırdıstanın rəhbəri Murtaza Rəhimovun oğlu Ural Rəhimovun rəhbərlik etdiyi dövlət neft şirkəti "Başneft"in səhmlərinin 71,8 faizi "Sistema" korporasiyasına İqor İzmestyevin vasitəçiliyi ilə 2 milyard dollara satılıb. Bu sövdələşmədən L.Ayrapetyan 50 milyon dollar qazanıb.

Ayrapetyan Qarabağın Vəng kəndində anadan olub. (axar.az)