XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2016 - 14:03

Toy karvanında avtoxuliqanlıq etdilər – Polis saxladı (FOTO)

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib.

Məlumata görə, DYP əməkdaşları saxlanılan gənclər toy karvanında kəskin manevrlər ediblər. Onlar təhlükəsiz şəhər kameralarının görüntülərinə əsasən müəyyən olunaraq, saxlanılıblar: “VAZ 2107” markalı avtomobilləri idarə edən Kənan Cəfərov və Sarı Məhərrəmov məhkəmənin qərarı ilə 20 sutkalıq həbs edilib, 1 il müddətinə sürücülük hüququndan məhrum olunublar.

Bunlardan başqa, “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq edən azyaşlı da saxlanılıb. Ona 600 manat cərimə kəsilib. Hər üç avtomobil cərimə meydançasına aparılıb”.

APA