XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 16:48

25 yaşlı gənc özünü yandıraraq intihar edib- Bərdədə

Bərdə rayonunda 25 yaşlı gənc özünü yandıraraq intihar edib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Məmmədli kəndi ərazisində baş verib. 

Belə ki, həmin kənddə məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Canəli Sultanalı oğlu Məmmədov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

İntihar edən C.Məmmədovun ruhi xəstə olduğu bildirilir. 

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirlib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.