XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 12:17

Həyat yoldaşını qətlə yetirən şəxs polisə təslim oldu- DIN-dən açıqlama

Tərtər rayon sakini həyat yoldaşını qətlə yetirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində Bakı şəhər sakini Emin Hüseynov münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib və nəticədə R.Cəfərli hadisə yerində ölüb.

E.Hüseynov könüllü Tərtər RPŞ-yə gələrək istintaqa təslim olub.

Faktla əlaqədar cinayət işi başlanıb.