XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2017 - 21:23

Bakı-Qazax yolunda yük və minik avtomobilləri toqquşub- Xəsarət alan var

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayonu Borsunlu kəndi ərazisində qeydə alınıb.
 
Hərəkətdə olan “Mercedes” markalı avtomobilin “Shacman” markalı yük avtomobİllə toqquşub. Qəza zamanı “Mercedes"in sürücüsü Yevlax rayon sakini, 1974-cü il təvəllüdlü Hüseyn Hüseynov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.