XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 10:37

32 yaşlı kişi özünü ikinci dəfə asaraq intihar edib –Ağstafada

Ağstafa rayonunun Poylu kəndində intihar hadisəsi baş verib.

1985-ci il təvəllüdlü rayon sakini Elçin Ədalət oğlu Nəbiyev özünü yaşadığı evdə asaraq öldürüb. 

Məlumata görə, E.Nəbiyev 2013-cü ildə ailə həyatı qurub. O, toyundan üç gün sonra özünü asaraq intihara cəhd edib. Lakin həmin vaxt onu xilas etmək mümkün olub. 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır/Report.