XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 10:44

Yevlaxda ailə başçısı özünə od vurdu –Ailə üzvləri ilə mübahisədən sonra...

Yevlax rayonunun mərkəzində kişi ailə münaqişəsi zəminində özünü yandıraraq öldürüb.

Strateq.az "Report"a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Zeynalov Rubail Nizami oğlu ailə üzvləri ilə mübahisə etdikdən sonra üzərinə benzin tökərək özünü yandırıb.

Çoxsaylı yanıq xəsarətləri alan R.Zeynalov Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.