XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 12:33

DİN Şirvanda jurnalistin ölümü ilə nəticələnən yol qəzası barədəməlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Şirvanda jurnalistin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 25-də saat 18 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Kamil Mirzəyev idarə etdiyi “Otokar” markalı avtomobillə yolu keçən həmyerlisi Səxavət Məmmədlini vurub.
 
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
 
Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, qəzada həyatını itirən S. Məmmədli jurnalist olub, "Ədalət", "Təzadlar" və "Həftə içi" qəzetlərində çalışıb.